ASF III MDB Oyunları ərəfəsində Gəncədə təlim-məşq toplanışına başlayıb
- 08 sentyabr, 2025
- 21:20

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) III MDB Oyunları ərəfəsində Gəncədə təlim-məşq toplanışına başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, üzgüçülük üzrə milli komandanın üzvləri, həmçinin Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək idmançılar Gəncə şəhərinə gəliblər.
Onlar arasında 13-14 sentyabr 2025-ci il tarixlərində keçiriləcək "ASF Ganja Cup 2025" turnirinin iştirakçıları da var.
Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növləri üzrə yarışlara ev sahibliyi edəcək. İdman tədbirinin açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabrda Gəncə Şəhər Stadionunda baş tutacaq.
Üzgüçülük yarışları isə 28 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.