Arseniy Djioyev: "Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram"

Fərdi
  • 21 noyabr, 2025
  • 20:06
Arseniy Djioyev: Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram

Azərbaycan bayrağının yüksəklərə qalxması qürurverici andır.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev jurnalistlərə açıqlamasında deyib.

86 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı öz uğurunu yüksək qiymətləndirib:

"Ölkəmizi sevindirdiyim üçün çox xoşbəxtəm. Təbriklərə görə hər kəsə minnətdaram. Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram. Bu qələbədə məşqçilərimizin əməyi böyükdür. Onlar idmançılara doğru istiqamət verirlər. İkiqat dünya çempionu olmuş iranlı rəqibə qarşı görüş çətin keçdi. O, öz ölkəsinin ulduz idmançısı hesab olunur. Amma bunun əhəmiyyəti yoxdur, çünki qələbəni mən qazandım. Qələbəmi ailəmə həsr edirəm".

Qeyd edək ki, Arseniy Djioyev həlledici görüşdə Bəhreyn təmsilçisi Xıdır Saypudinova 5:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti