AMADA-nın diskvalifikasiya etdiyi Fazilə İmanova 2026-cı ildə milliyə dəvət olunmayıb

Fərdi
  • 03 sentyabr, 2026
  • 11:28
AMADA-nın diskvalifikasiya etdiyi Fazilə İmanova 2026-cı ildə milliyə dəvət olunmayıb

AMADA tərəfindən antidopinq qaydalarını pozduğuna görə 3 illik diskvalifikasiya olunan ağırlıqqaldıran Fazilə İmanova 2026-cı ildə milli komandanın düşərgəsində yer almayıb və yarışlara qatılmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Ağırlıqqaldırma Federasiyasından bildirilib.

Qurumdan idmançının yoxlanılmasına da aydınlıq gətirilib:

"Fazilə İmanova bu il yığmaya çağırılmayıb, təlim-məşq toplanışında olmayıb və yarışlarda iştirak etməyib. Amma təbii ki, AMADA yarışda və toplanışda olmayan idmançını da yoxlaya bilir. Bir daha bildiririk ki, idmançıdan nümunə götürülərkən o, yığmanın düşərgəsində olmayıb və yarışda iştirak etməyib".

Xatırladaq ki, Fazilə İmanovanın nümunəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb. Onun cəzası 2026-cı il mayın 15-dən qüvvəyə minib. Sanksiyanın müddəti 2029-cu il mayın 14-də başa çatacaq.

44 - Tezliklə