Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb

Fərdi
  • 27 oktyabr, 2025
  • 15:12
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən "Grand Bellagio & GFC" beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

"Report" xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.

O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nokaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nokautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan "Grand Bellagio & GFC" beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti