Aleksandr Lukaşenko hərbçini idman və turizm naziri təyin edib
Fərdi
- 05 mart, 2018
- 13:33
Bakı. 5 mart. REPORT.AZ/ Belarusun idman və turizm naziri vəzifəsinə Sergey Kovalçuk təyin olunub.
"Report"un məlumatına görə, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. Yeni nazir fevralın 15-də istefaya göndərilmiş Aleksandr Şamkonu əvəzləyib.
Qeyd edək ki, Sergey Kovalçuk 14 avqust 1968-ci ildə Brest vilayətində anadan olub. O, 1989-cu ildə Odessa Ali Artilleriya Komandanlığı Məktəbini, 1999-cu ildə isə Belarus Hərbi Akademiyasını başa vurub. 1989 - 2004-cü illərdə Silahlı Qüvvələrdə xidmət etmiş Kovalçuk yeni təyinatınadək Belarus prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. III dərəcəli "Vətənə xidmətə görə" və I, II, III dərəcəli "Qüsursuz xidmətə görə" ordenləri ilə mükafatlandırılıb.
Son xəbərlər
18:34
Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr18:32
Foto
Mədəniyyət Nazirliyi yazar və naşirlərlə görüş təşkil edib
Mədəniyyət siyasəti18:30
Foto
Naxçıvanda şəhid ailələri və əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib
Sosial müdafiə18:23
Bakıda "SeaBandTune" festivalı keçiriləcək
Daxili siyasət18:22
"Tvente"nin baş məşqçisi Con van den Brom: "Qarabağ" topa sahib olmağa önəm verir"
Futbol18:18
Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub
Digər ölkələr18:06
Foto
Bakıda kabab evində at DNT-si aşkarlanıb
Hadisə17:52
XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir
Xarici siyasət17:47
Foto