"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
  • 17 oktyabr, 2022
  • 18:30
Aimchess Rapid: Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.