Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının bütün medalçıları müəyyənləşib - SİYAHI

Fərdi
  • 04 mart, 2017
  • 06:59
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının bütün medalçıları müəyyənləşib - SİYAHI

Bakı. 4 mart. REPORT.AZ/ Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar, həmçinin ustadlar arasında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda ölkənin regionlarından gələn 150-yə yaxın atlet medallar uğrundan mübarizə aparıb. Qadınlar və ustadlar Sinkleyr cədvəli ilə mütləq, kişilər isə 8 çəki dərəcəsində klassik qaydada qalibləri müəyyən ediblər.

Çempionatın medalçıları:

Qadınlar

1. Elnarə Abbasova, 2. Səbinə Əzimova, 3. Firuzə İbrahimova

Kişilər

56 kq

1. Ruslan Rzazadə, 2. Emin Mirzəyev, 3. Rüstəm Qasımov

62 kq

1. Allahyar Abışov, 2. Rauf Nəbiyev, 3. Elmar Alıyev

69 kq

1. İsa Rüstəmov, 2. Sənan Quliyev, 3. Məhəmməd Məmmədli

77 kq

1. Əfqan Bayramov, 2. Kənan Əliquliyev, 3. Orxan Zeynalov

85 kq

1. Ceyhun Tağızadə, 2. Kamran İsmayılov, 3. Sənan Mirzəyev

94 kq

1. Nailxan Nəbiyev, 2. Rövşən Fətullayev, 3. Hüseyn İsmayılov

105 kq

1. Əziz Nurməmmədov, 2. Xəlil Gəraylı, 3. Ümidvar Bayramlı

+105 kq

1. Azər Məmmədli, 2. Rolan Piriyev, 3. Vasif Səfərov

Ustadlar (veteranlar)

1. Vladimir Jilyayev, 2. Namiq Cəmilov, 3. Akif Alıyev.

44 filmi