AGF-nin baş katibi: "Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür"

Fərdi
  • 14 noyabr, 2025
  • 17:30
AGF-nin baş katibi: Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür

Gəncədə keçirilən aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançılarına ümidlər böyükdür.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə bildirib.

AGF rəsmisi 18 ölkədən 151 idmançının iştirak etdiyi qitə birinciliyindən gözləntilərini açıqlayıb:

"Gəncə İdman Sarayında möhtəşəm açılış mərasimi oldu. Aerobika gimnastlarının müxtəlif kateqoriyalarda çıxışları olacaq. Bu yarışda Azərbaycanı 6 gimnast təmsil edir. Onlara ümidlərimiz böyükdür. Əsasən də Mədinə Mustafayeva və Vladimir Dolmatovadan uğurlu çıxış gözləyirik. Bütün iştirakçılara uğurlar arzu edirik. Tamaşaçıları bu möhtəşəm sarayda idmançılara dəstək olmağa dəvət edirəm".

Son xəbərlər

Bütün Xəbər Lenti