AFFA-nın icraçı vitse-prezidenti: "Belə turnirlər Azərbaycana olan etibarın nümunəsidir"

Fərdi
  • 04 oktyabr, 2025
  • 15:20
AFFA-nın icraçı vitse-prezidenti: Belə turnirlər Azərbaycana olan etibarın nümunəsidir

Azərbaycanda mötəbər turnirlərin keçirilməsi ölkəmizə olan etibarın nümunəsidir.

"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, III MDB Oyunları haqqında düşüncələrini bölüşüb:

"Bir neçə gündür ölkəmiz mötəbər yarışa ev sahibliyi edir. Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi. Ölkəmiz həmçinin 20 yaşadək futbolçuların dünya çempionatına ev sahibliyi edəcək. Bu da ölkəmizə olan etibarın nümunəsidir. Sözügedən yarışı qardaş ölkə Özbəkistanla birlikdə keçircəyik. Əminik ki, bu turnir yüksək səviyyədə təşkil ediləcək"

AFFA rəsmisi Azərbaycan millisinin III MDB Oyunlarında çıxışına toxunub:

"Azərbaycan komandası III MDB Oyunlarına uğurlu start verib və bu gün finalda çıxış edir. Komandamıza uğurlar arzu edirik. Qızıl medal gözləyirik. Bu yaşda uşaqlar üçün belə turnirlər çox vacibdir. Çünki hər biri gələcəyin futbolçularıdır və peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər. Komandamız yüksək hazırlıq prosesi keçib. Bunun nəticəsi olaraq komanda yüksək səviyyədə çıxış edir".

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti