Aerobika gimnastikası üzrə Avropa çempionatının ilk qalib ölkələri məlum olub

Fərdi
  • 10 noyabr, 2025
  • 18:28
Aerobika gimnastikası üzrə Avropa çempionatının ilk qalib ölkələri məlum olub

Gəncə İdman Sarayında Aerobika gimnastikası üzrə Avropa çempionatı uğurla davam edir.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Avropanın müxtəlif ölkələrindən gəlmiş ən istedadlı gimnastlar birincilik uğrunda mübarizə aparır.

Çempionatın ikinci günündə 15 yaşadək idmançılar arasında üçlük, fərdi və qarışıq cütlük kateqoriyalarında, eləcə də gənclər arasında fərdi, qrup və aerodans proqramları üzrə təsnifat mərhələləri keçirilib.

Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını, sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

İkinci gündə baş tutan komanda hesabında mükafatlandırma mərasimində gənclər yaş kateqoriyası üzrə 1-ci yerdə İspaniya, 2-ci yerdə İtaliya, 3-cü yerdə Rumıniya, 15 yaşadək idmançılar arasında 1-ci yerdə Macarıstan, 2-ci yerdə Ukrayna, 3-cü yerdə Litva komandası yer alıb.

Qeyd edək ki, Avropa çempionatı çərçivəsində final mərhələləri və qaliblərin mükafatlandırma mərasimi 11 noyabr tarixində baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti