ABŞ Açıq çempionatında finalçılar bilindi
Fərdi
- 11 sentyabr, 2020
- 09:26
ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.
"Report"un məlumatına görə, həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək.
Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belaruslu idmançı növbəti iki setdə eyni hesabla qalib olub - 6:3.
Osaka isə ABŞ-ın digər təmsilçisi Cennifer Bredini məğlub edib.
Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də gerçəkləşəcək.
Son xəbərlər
09:36
Foto
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.09.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.09.2026)
Maliyyə08:52
Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Digər ölkələr08:46
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Xarici siyasət08:16