ABFF prezidenti: "Azərbaycan qol güləşi üzrə dünya çempionatında mütləq qalib gəlməlidir"
- 28 oktyabr, 2025
- 13:02
Azərbaycan qol güləşi üzrə dünya çempionatında mütləq qalib gəlməlidir.
"Report" xəbər verir ki bunu Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) prezidenti Rauf Bunyatəliyev jurnalistlərə açıqlamasında bildirib.
O, Bakıda keçirilən qol güləşi üzrə dünya çempionatında məhz Azərbaycan komandasının qalib gələcəyinə inanır:
"Yarışda 30-a yaxın ölkə təmsil olunur. Dünya çempionatı 4 gün davam edəcək. Hər günün ikinci yarısında final mərhələləri olacaq. Azərbaycan mundialda geniş tərkibdə təmsil olunur. İnanırıq ki ümumi komanda hesabında çox gözəl nəticə göstərəcəyik. Son iki ildə keçirilən həm Avropa, həm də dünya çempionatlarında komanda hesabında qalib olmuşuq. Doğma vətəndə də mütləq qalib olmalıyıq".
Qeyd edək ki, dünya çempionatına 30 ölkədən 400-dən çox idmançı qatılıb.