9 qat dünya çempionu koronavirusa yoluxdu
Fərdi
- 15 oktyabr, 2020
- 18:01
Şose-dairəvi motoyürüş üzrə 9 qat dünya çempionu Valentino Rossi koronavirusa yoluxub.
"Report"un məlumatına görə, bu barədə 41 yaşlı idmançının özü şəxsi "Twitter" səhifəsində açıqlama yayıb. İtaliyalı motosikletçi bu gün səhər özünü pis hiss etdiyini bildirib. Rossi testlərindən ikincisinin müsbət nəticə verdiyini söyləyib. O, həftəsonu Araqona Qran-prisini buraxacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Valentino Rossi bu mövsüm dünya çempionatında hələlik 13-cü yerdə gedir.
Son xəbərlər
14:49
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
Biznes14:47
Gənc basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
Komanda14:45
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Digər ölkələr14:42
Bolqarıstan "İstəklilər koalisiyası"ndan çıxır
Digər ölkələr14:35
Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH
Analitika14:28
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya14:27
"Brayton" klubu Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer edib
Futbol14:21
İranda əlillərə müavinətlərin ödənilməsi dayandırılıb
Region14:14