Yanvarda “Azərenerji” elektrik enerjisi istehsalını 14 % azaldıb

Energetika
  • 14 fevral, 2024
  • 09:23
Yanvarda “Azərenerji” elektrik enerjisi istehsalını 14 % azaldıb

Bu ilin yanvar ayında “Azərenerji” ASC üzrə 2 milyard 165,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin ilk ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Məlumata əsasən, bu, 2023-cü ilin yanvar aylı ilə müqayisədə 357,8 milyon kVt/saat və ya 14,2 % azdır.

“Azərenerji” ASC tərəfindən istehsal edilmiş elektrik enerjisinin 2 milyard 041,1 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 124,6 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES) payına düşür. Bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 418,9 milyon kVt/saat və ya 17,03 % az və 61,1 milyon kVt/saat və ya 96,22 % çoxdur.

Bu ilin ilk ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 30,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1,6 milyon kVt/saat və ya 5,5 % çoxdur.

Energetika Xidməti üzrə 2024-cü ilin yanvar ayında İES-lərdə 24,03 milyon kVt/saat, SES-lərdə 3,65 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 2,74 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə İES-lərdə 2,05 milyon kVt/saat və ya 9,3 %, SES-lərdə 0,41 milyon kVt/saat və ya 12,7 % çoxdur. Energetika Xidmətinə məxsus GES-lərdə isə elektrik enerjisinin istehsalı illik müqayisədə 0,89 milyon kVt/saat və ya 24,5 % çoxdur.

Bu ilin yanvarında “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,74 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 milyon kVt/saat təşkil edib. Bu da illik müqayisədə müvafiq olaraq 0,16 milyon kVt/saat və ya 4,1 %, həmçinin 1,8 milyon kVt/saat və ya 0,9 % azdır.