Yanvarda Azərbaycan qazının İtaliyaya tədarük həcmi azalıb
- 19 mart, 2025
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan İtaliyaya 777 milyon kubmetr qaz tədarük edilib.
Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 11,6 % azdır.
Ümumilikdə 2025-ci ilin yanvar ayında İtaliya 8,112 milyard kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəllə müqayisədə 3,1 % çoxdur. Tədarükün ümumi həcmində Azərbaycan qazının payı 9,6 % olub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2024-cü ildə TAP ilə Azərbaycandan İtaliyaya 10,315 milyard kubmetr qaz (artım 3,3 %) idxal edilib. İdxalın ümumi həcmində Azərbaycan qazının payı 16,7 % təşkil edib.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.