Yanvarda Azərbaycan Almaniyaya neft ixracından qazancını 82 % artırıb

Energetika
  • 16 fevral, 2023
  • 08:48
Yanvarda Azərbaycan Almaniyaya neft ixracından qazancını 82 % artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Almaniyaya 145 min 940,95 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 91 milyon 719,7 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 59,04 %, dəyəri isə 81,5 % çoxdur.

Yanvarda Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,5 % olub.

Xatırladaq ki, bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 milyon 246 min 118,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 1 milyard 397 milyon 747,32 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.