Azərbaycan Bolqarıstana qaz ixracını əhəmiyyətli dərəcədə artırıb

Energetika
  • 23 iyul, 2024
  • 13:42
Azərbaycan Bolqarıstana qaz ixracını əhəmiyyətli dərəcədə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Bolqarıstana 719 milyon 186,7 min kubmetr qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Bolqarıstana tədarük edilən Azərbaycan qazının dəyəri 224 milyon 673,67 min ABŞ dolları təşkil edib.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 2,4 dəfə, dəyər ifadəsində 1,9 dəfə artıb.

Ümumilikdə, 2024-cü ilin ilk beş ayında Azərbaycan 3 milyard 451 milyon 136,68 min ABŞ dolları məbləğində (51,4 % az) 9 milyard 912 milyon 607,09 min kubmetr qaz (5,9 % çox) ixrac edib. Qaz 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana tədarük edilib.

Eyni zamanda, Bolqarıstan Azərbaycan qazını idxal edən ölkələr arasında üçüncü yeri tutaraq, bütün tədarükün 7,3 %-ni təşkil edib.

Ötən ildə Azərbaycan Bolqarıstana 470 milyon 340,26 min ABŞ dolları məbləğində (97,7 % çox) 1 milyard 275,253 milyon kubmetr qaz (3,5 dəfə çox) ixrac edib.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb.