Yalçın Rəfiyev: "Azərbaycan regionun yeni enerji xəritəsinin formalaşmasında mühüm rol oynayır"
- 29 oktyabr, 2025
- 10:28
Azərbaycan regionun yeni enerji xəritəsinin formalaşmasında həm istehsalçı, həm də tranzit ölkə kimi mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
O qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz hövzəsi ölkələri artıq yeni enerji xəritəsinin formalaşmasında mühüm oyunçulara çevrilirlər: "Azərbaycan bu prosesdə həm istehsalçı, həm də tranzit ölkə kimi önəmli rol oynayır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa olunan enerji layihələri, eləcə də Xəzər dənizindəki külək potensialının reallaşdırılması ölkəmizi regionun "yaşıl enerji" mərkəzinə çevirir. Biz bərpa olunan enerji gücünə dair hədəflərimizə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq aparırıq".
Onun sözlərinə görə, iqlimə uyğunlaşma sahəsində su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatında iqlim dayanıqlığı və ekosistemlərin bərpası üzrə layihələr regionun iqlim risklərinə qarşı davamlılığını gücləndirir.