WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb

Energetika
  • 27 fevral, 2017
  • 12:54
WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb

Bakı. 27 fevral. REPORT.AZ/ Hedc fondları və spekulyatorların 15-21 fevral həftəsində WTI markalı neftin fyuçers və opsionlarında uzun mövqelərinin (artması istiqamətində) saldosu 23 299 və ya 6% artaraq 413 637 kontrakta çatıb. 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CFTC) məlumat verib. Bu da, 2006-cı ilin iyunundan bu günədək Komissiyanın apardığı statistika dövrünün ən yüksək göstəricisidir. 

Qeyd edək ki, uzun mövqenin saldosu məcmu uzun və qısa mövqelərdəki kontraktlar arasındakı fərqi göstərir.

44 - Tezliklə