"Welt": Almaniyanın Rusiya qazından asılılığı ilə bağlı vəziyyət Merkelin Azərbaycana səfərindən sonra dəyişə bilər
- 24 avqust, 2018
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ Rusiyanın qaz nəhəngi "Gazprom"un "Şimal axını-2" layihəsinin tikintisi ilə Almaniya Rusiya qazından daha da asılı duruma düşəcək, amma bu vəziyyət kansler Angela Merkelin Azərbaycana səfəri ilə dəyişə bilər.
"Report"un məlumatına görə, bunu "Welt" qəzetinin Rusiyadan olan icmalçısı Pavel Lokşin deyib.
Onun sözlərinə görə, rəsmi Berlin yalnız Rusiyadan olan enerji daşıyıcıların idxalından asılı olmaq istəmir: "Bu mənada, Azərbaycan öz zəngin neft və qaz ehtiyatları ilə Almaniyaya böyük maraq kəsb edə bilər".
Ekspert, eyni zamanda, Almaniyanın Azərbaycanla hərbi sahədə də mümkün əməkdaşlığına toxunub. O xatırladıb ki, Almaniyanın "Rheinmetal" şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: "Görünür, şirkət Azərbaycana ən çox silah satan Rusiya ilə rəqabət aparmaq niyyətindədir".