Vüqar Əhmədov Hacıqabulda vətəndaşları qəbul edib
- 10 mart, 2023
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə “Report” quruma istinadən xəbər verir.
Qəbul Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.