Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb
Energetika
- 27 dekabr, 2016
- 17:58
Bakı. 27 dekabr. REPORT.AZ/ Venesuela OPEK ilə sazişə əsasən 2017-ci ilin əvvəlindən neft hasilatını sutkada 95 min barel azaltmağa razılıq verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.
1 yanvar 2017-ci il tarixindən OPEK ölkələri və təşkilata üzv olmayan dövlətlər arasında neft hasilatının ildə təqribən 1,8 milyon barel azaldılması barədə imzalanan müqavilə rəsmi olaraq qüvvəyə minir.
"Beynəlxalq öhdəliklərə xələl gətirməmək üçün 1 yanvar 2017-ci il tarixindən etibarən PDVSA (Venesuelanın Dövlət Neft-Qaz Şirkəti. — Report) və ya onun bölmələri müvafiq razılaşma və şərtlərə uyğun olaraq satış müqavilələrinin həcmini azaldacaq", — deyə Venesuelanın Energetika Nazirliyinin məlumatında bildirilib.
Son xəbərlər
01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
Digər ölkələr23:43
HƏMAS Qəzza planında tərksilahla bağlı bəndi yerinə yetirməyə razılaşıb
Digər ölkələr23:22
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Region23:05
Foto
Adil Kərimli Xalq yazıçısı Anarla ədəbi prosesin inkişafını müzakirə edib
Mədəniyyət siyasəti22:53
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Region22:28