Vayra Vike-Freyberqa: Azərbaycan qalıq yanacağından müasir enerji mənbələrinə keçidə hazırlaşır

Energetika
  • 09 sentyabr, 2026
  • 09:39
Vayra Vike-Freyberqa: Azərbaycan qalıq yanacağından müasir enerji mənbələrinə keçidə hazırlaşır

Azərbaycan bir neçə ildir ki, qalıq yanacağından müasir enerji mənbələrinə keçidə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə ətraf mühitin qorunmasına yönəlmiş siyasi qərarların əhali tərəfindən dəstəklənməsi mühüm rol oynayır.

Latviya sabiq prezidenti vurğulayıb ki, vətəndaşların dəstəyi ilə ekspertlərin, mütəxəssislərin, fəalların, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin tövsiyə və ideyaları reallaşmaq üçün daha çox şans qazanır.

44 filmi