Üç ölkədən Azərbaycana elektrik enerjisi sayğaclarının idxalı bərpa edilib

Energetika
  • 26 sentyabr, 2022
  • 05:10
Üç ölkədən Azərbaycana elektrik enerjisi sayğaclarının idxalı bərpa edilib

2022-ci ilin ilk 7 ayında Azərbyacana xaricdən 3,727 milyon ABŞ dolları dəyərində 136 min 994 ədəd elektrik enerjisi sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56,6 %, kəmiyyət olaraq – 31,6 % azdır.

Hesabat dövründə Çindən 2,446 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % azdır) 53 min 883 ədəd (-50,2 %), Türkiyədən 1,158 milyon ABŞ dolları dəyərində (+24,4 %) 82 min 782 ədəd (-9,8 %), Fransadan 65,21 min ABŞ dolları dəyərində 10 ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 43,5 min ABŞ dolları dəyərində (+52,4 %) 160 ədəd (-32,2 %), Almaniyadan 4,68 min ABŞ dolları dəyərində (+8,2 dəfə) 14 ədəd (-62,2 %) cihaz idxal edilib.

On il 6 ayın tamamında Kanadadan, iki ildən sonra Amerika Birləşmiş Ştatlarından və 1 il 4 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 2,88 min ABŞ dolları dəyərində 1 ədəd, 0,27 min ABŞ dolları dəyərində 1 ədəd və 0,10 min ABŞ dolları dəyərində 2 ədəd sayğac alınıb.

44 - Tezliklə