Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

Energetika
  • 22 may, 2017
  • 14:20
Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

Bakı. 22 may. REPORT.AZ/ Türkiyədə dizel yanacağının 1 litrinin qiyməti 9 kuruş artırılır.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeni qiymət bu gecədən etibarən tətbiq olunacaq.

Ankarada 1 litri orta hesabla 4,49 lirədən (2,14 manat) satılan dizel yanacağının 1 litrinin qiyməti dəyişiklikdən sonra 4,58 lirə (2,18 manat) olacaq.

Dizel yanacağının 1 litrinin qiyməti İstanbulda 4,44 lirədən (2,11 manat) 4,53 lirəyə (2,16 manat), İzmirdə 4,46 lirədən (2,12 manat) 4,55 lirəyə (2,17 manat) qalxacaq.