Türkiyə NEZ-lərinin idxal etdiyi xam neftin 25 %-dən çoxu STAR-ın payına düşür

Energetika
  • 30 yanvar, 2024
  • 12:09
Türkiyə NEZ-lərinin idxal etdiyi xam neftin 25 %-dən çoxu STAR-ın payına düşür

Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 1 milyon 013 min 132 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 min 882 ton və ya 1,9 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 25,19 %-i deməkdir.

Hesabat dövründə Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən ümumilikdə 2 milyon 965 min 664 tona yaxın xam neft idxal edilib. Bu, 2022-ci ilin noyabr ayının göstərici ilə müqayisədə 332 min 247 ton və ya 12,6 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

44 - Tezliklə