Türkiyə neft idxalını azaldıb
Energetika
- 25 oktyabr, 2018
- 09:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkiyə avqust ayında neft və neft məhsullarının idxalını ötən ilin müvafiq dövrünə nisbətən 12,25 faiz azaldaraq 3,756 milyon tona endirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bildirilib ki, 2017-ci ilin avqust ayında 4,281 milyon ton neft və neft məhsulları idxal etmiş Türkiyənin neft idxalında İraq (732 min ton), İran (647 min ton), Qazaxıstan (243 min ton) əhəmiyyətli yer tutur.
Həmçinin bu ilin aprel ayında 1,291 miyon ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,87 faiz azdır.
Son xəbərlər
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region