Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 4 %-ə yaxın azalıb

Energetika
  • 25 oktyabr, 2024
  • 13:05
Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 164,926 milyon barel neft nəql edilib.

“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 8 ayı ilə müqayisədə 6,750 milyon barel və ya 3,9 % azdır.

Bu ilin sentyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 17,393 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 1,693 milyon barel və ya 8,9 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

44 - Tezliklə