Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 3 % azalıb
- 24 iyun, 2025
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 88,510 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 2,725 milyon barel və ya 2,99 % azdır.
Təkcə bu ilin may ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 17,756 milyon barel neft nəql edilib. Bu da ötən ilin may ayı ilə müqayisədə 332 min barel və ya 1,83 % azdır.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.