Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 2 % azalıb
- 26 avqust, 2024
- 06:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 130,685 milyon barel neft nəql edilib.
“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 2,724 milyon barel və ya 2 % azdır.
Bu ilin iyul ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 20,533 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 0,898 milyon barel və ya 4,6 % çoxdur.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.