Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 20 %-dək artıb

Energetika
  • 12 avqust, 2022
  • 13:31
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 20 %-dək artıb

Bu ilin iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,665 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 2,922 milyon barel və yaxud 19,8 % çoxdur.

Bu ilin yanvar-iyun aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 107,117 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,189 milyon barel və yaxud 8,28 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

44 - Tezliklə