Türkiyə birinci rübdə Azərbaycan qazını alan ölkələr arasında lider olub

Energetika
  • 30 may, 2025
  • 11:25
Türkiyə birinci rübdə Azərbaycan qazını alan ölkələr arasında lider olub

Türkiyə bu ilin birinci rübündə Azərbaycan qazını alan ölkələr arasında lider olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan ixrac edilən qazın 39,3 %-i bu ölkənin payına düşüb.

Hesabat dövründə Azərbaycan 2 milyard 205 milyon 620,47 min ABŞ dolları (+25,9 %) dəyərində 5 milyard 899 milyon 150,18 min kubmetr (+19,6 %) qaz ixrac edib. Müvafiq dövrdə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Gürcüstan daxildir.

Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında birinci yeri tutub. Ölkə 653 milyon 60,36 min ABŞ dolları (- 8,7 %) dəyərində 2 milyard 316 milyon 415,38 min kubmetr (+2,1 %) qaz idxal edib.

İkinci yerdə 38,8 % payla İtaliya qərarlaşıb. Bu ölkəyə bu ilin yanvar-mart aylarında 1 milyard 197 milyon 469,23 min ABŞ dolları (+1,6 dəfə) dəyərində 2 milyard 289 milyon 362,84 min kubmetr (+39,8 %) qaz tədarük edilib.

Hesabat dövründə Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yerdə 12 % payla Gürcüstan gəlir. Bu ölkəyə 93 milyon 145,83 min ABŞ dolları (+31 %) dəyərində 708 milyon 182,96 min kubmetr (+ 1,7 dəfə) qaz tədarük edilib.