Türkiyə bərpaolunan enerji və "yaşıl şəbəkə"yə 28 milyard dollar pul qoyacaq

Energetika
  • 01 iyun, 2026
  • 17:19
Türkiyə bərpaolunan enerji və yaşıl şəbəkəyə 28 milyard dollar pul qoyacaq

Türkiyə bərpaolunan enerji və "yaşıl şəbəkə" üçün 28 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu planlaşdırır.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, son iki onillikdə külək və günəş enerjisi istehsalında artım qeydə alınıb: "Keçən mart ayında, ümumi quraşdırılmış gücümüz 125 giqavatı ötüb və əvvəl də qeyd edildiyi kimi, bunun 60 %-dən çoxu bərpaolunan enerji mənbələrinin payına düşür. Bizim külək və günəş enerjisi sahəsindəki yolumuz cəsarətli siyasətin nələrə qadir olduğunun əyani sübutudur. Son iki onillikdə quraşdırılmış külək və günəş enerjisi gücümüzü demək olar ki, 0 giqavatdan 41 giqavatın üzərinə çatdırmışıq. Bu, sadəcə kağız üzərindəki rəqəmlər deyil. Real təsir özünü enerji istehsalı göstəricilərində aydın şəkildə büruzə verir. Keçən martda ümumi aylıq elektrik enerjisi istehsalımız təxminən 30 teravat-saata çatıb. Bunun üçdə ikisi bərpaolunan enerji mənbələrindən əldə edilib".

44 - Tezliklə