Tunis Azərbaycandan neft tədarükünü 4 dəfədən çox artırıb

Energetika
  • 24 yanvar, 2025
  • 07:05
Tunis Azərbaycandan neft tədarükünü 4 dəfədən çox artırıb

Ötən il Azərbaycan Tunisə 446 min 158,56 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 279 milyon 670,09 min ABŞ dolları təşkil edib.

Ötən il Azərbaycandan Tunisə ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 4,2 dəfə, dəyəri isə 3,9 dəfə çoxdur.

Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,89 % olub.

Qeyd edək ki, 2024-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.