Tovuz, Şəmkir və Gədəbəyin bir hissəsində 3 gün qaz olmayacaq

Energetika
  • 10 iyul, 2017
  • 05:23
Tovuz, Şəmkir və Gədəbəyin bir hissəsində 3 gün qaz olmayacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gündən iyulun 12-nə qədər Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində aparılan təmir işləri ilə əlaqədardır.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.