"Toğanalı" KSES-də istehsal olunan enerjinin həcmi məlum olub
Energetika
- 02 sentyabr, 2026
- 15:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İstismara verildiyi tarixdən bu ilin avqust ayınadək Göygöl rayonunda Kürəkçay çayı üzərində yerləşən "Toğanalı" Kiçik Su Elektrik Stansiyasında (KSES) 27,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, su elektrik stansiyalarının fəaliyyəti "yaşıl enerji"nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.
Qeyd edək ki, "Toğanalı" KSES 2 il öncə - 2024-cü il sentyabrın 2-də istismara verilib. Stansiyanın ümumi gücü 4,1 MVt təşkil edir.
Son xəbərlər
06:57
ABŞ Ordusu: İranın dəniz blokadasının başlanğıcından 13 gəmi məhv edilib
Digər ölkələr06:36
Tramp "The New York Times" qəzetinin bağlanacağını proqnozlaşdırır
Digər ölkələr06:22
Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
Energetika05:48
Tramp Britaniyanın Şimal dənizində neft hasilatı olmadan iflas edəcəyini proqnozlaşdırır
Digər ölkələr05:11
"OpenAI" BƏƏ fondları ilə 10 mlrd dollara qədər vəsait cəlb etmək üçün danışıqlar aparır
Digər ölkələr04:37
Nyu-York ştatında qızılcanın yayılması ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr04:06
Tramp B-1 bombardmançılarının Britaniyadan çıxarılmasını təhdidlərlə əlaqələndirib
Digər ölkələr03:48
Rumıniya Prezidenti Baş nazir vəzifəsinə Luka Nikuleskunun namizədliyini irəli sürüb
Digər ölkələr03:25