Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb
Energetika
- 03 sentyabr, 2024
- 08:25
Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.
Son xəbərlər
04:14
Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, bəşəriyyət üçün təhlükə yarada bilər
Digər ölkələr03:34
Serbiya lideri Avropa İttifaqına çağırış edib
Digər ölkələr03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05