TAP ilə Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişləri 13 %-dən çox artıb
- 08 yanvar, 2024
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün bu ilin yanvarın 8-də 319 milyon 964 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, yanvarın 1-nə olan qazın tədarükü göstəricisi ilə müqayisədə 13,5 % çoxdur.
Yanvarın 9-dan 14-dək isə İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sifariş həcmi 281 milyon 299 min 147 kVt/saat həcmində olub ki, bu da yanvarın 2-dən 7-dək olan sifariş həcmi ilə eynidir.
Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 8-də qaz tədarükü üçün 379 milyon 985 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 10,3 % çoxdur.
Kipoi çıxış nöqtəsindən yanvarın 9-dan 14-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da yanvarın 2-isinə olan göstəricisi ilə müqayisədə 1,01 % azdır.
Yanvarın 3-ü ilə müqayisədə bu çıxış nöqtəsindən sifariş edilən qazın həcmi 0,6 % azdır. Yanvarın 4-ü və 5-i ilə müqayisədə bu çıxış nöqtəsindən sifariş edilən qazın həcmi 9,05 % azdır.
Yanvarın 6-sı və 7-si ilə müqayisədə bu çıxış nöqtəsindən sifariş edilən qazın həcmi isə 10,2 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 8-dən 14-nədək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də yanvarın 8-dən 14-nədək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.