TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 07 aprel, 2025
- 10:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən aprelin 7-də 366 milyon 625 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəriləri ilə müqayisədə 4,51 % çoxdur.
Kipoi çıxış nöqtəsindən aprelin 8-dən 13-nə kimi 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, aprelin 1-nə olan sifariş göstəriciləri ilə müqayisədə 11,99 %, aprelin 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə 8,67 % azdır.
Aprelin 3-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,58 %, aprelin 4-dən 6-na kimi olan sifariş göstəriciləri ilə müqayisədə 9,71 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən aprelin 7-dən 13-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən aprelin 7-dan 13-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün aprelin 7-də bu çıxış nöqtəsindən 305 milyon 108 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcm daha əvvəlki həftənin bazar ertəsinin sifariş həcmi ilə müqayisədə 5,29 % çoxdur.
Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 8-dən 13-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcmlər aprelin 1-nə olan sifariş həcmləri ilə müqayisədə isə 11,86 % azdır.
Aprelin 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,93 %, aprelin 3-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 6,62 % azdır.
Aprelin 4-dən 6-na kimi olan sifariş göstəriciləri ilə müqayisədə isə 7,57 azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.