TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 02 iyun, 2025
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 2-də 345 milyon 013 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,18 % çoxdur.
Kipoi çıxış nöqtəsindən iyunun 3-dən 9-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, mayın 27-də olan sifariş göstəriciləri ilə müqayisədə 0,2 % azdır.
Bu çıxış nöqtəsindən mayın 28-nə və 29-na olan sifariş göstəriciləri ilə müqayisədə də 3,01 %, mayın 30-də olan sifariş göstəriciləri ilə müqayisədə 4,48 % azdır. Mayın 31-nə və iyunun 1-nə olan sifariş göstəriciləri ilə müqayisədə də isə 4,05 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 2-dən 9-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 2-dən 9-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 2-dən 9-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, mayın 26-dan iyunun 1-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.