TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 25 avqust, 2025
  • 09:54
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən avqustun 25-də 346 milyon 157 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,9 % azdır.

Kipoi çıxış nöqtəsindən avqustun 25-dan sentyabrın 1-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, avqustun 19-na və 20-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,21 % azdır. Avqustun 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,12 % azdır. Avqustun 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 0,6 % azdır. Avqustun 23-nə və 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 4,37 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən avqustun 25-dən sentyabrın 1-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən avqustun 25-dən sentyabrın 1-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 25-də 285 milyon 140 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,9 % azdır.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 26-dan sentyabrın 1-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 19-na və 20-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 5,53 % azdır. Avqustun 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,52 % az. avqustun 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

Avqustun 23-nə və 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə təxminən 4,6 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi