TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 07 iyul, 2025
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 7-də 366 milyon 405 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,10 % azdır.
Kipoi çıxış nöqtəsindən iyulun 8-dən 14-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, iyulun 1-dən 4-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə 9,75 % azdır.
İyulun 5-nə və 6-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,85 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 7-dən 14-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 7-dən 14-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 7-də 304 milyon 388 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,63% çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 8-dən 14-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyulun 1-dən 4-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,75 % azdır. İyunun 5-nə və 6-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 6,07 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.