TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 30 iyun, 2025
  • 09:45
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 30-da 366 milyon 785 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,003 % azdır.

Kipoi çıxış nöqtəsindən iyulun 1-dən 7-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, iyunun 24-dən 27-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə 9,75 % azdır.

İyunun 28-nə və 29-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 9,76 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 30-dan iyulun 7-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 30-dan iyulun 7-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 30-da 302 milyon 469 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,08% azdır.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 30-dan iyulun 7-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 24-dən 27-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,9 % azdır. İyunun 28-nə və 29-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,07 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.