TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 23 sentyabr, 2024
- 05:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 23-də qaz tədarükü üçün 349 milyon 881 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 2,81 % azdır.
Kipoi çıxış nöqtəsindən sentyabrın 24-dən 29-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 17-nə və sentyabrın 20-nə qədər olan sifariş həcmi ilə müqayisədə 2,54 % azdır. Sentyabrın 18-i, 19-u, 21-i və 22-nə olan göstəriciləri ilə müqayisədə isə 2,53 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək qaz tədarükü üçün 48 milyon 010 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 23-də 289 milyon 364 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 3,38 % azdır.
Sentyabrın 24-dən 29-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 17-nə və 20-nə olan sifariş həcmi ilə müqayisədə 6,01 % azdır.
Bu həcmlər sentyabrən 18-nə və 19-na olan olan sifariş həcmləri ilə müqayisədə 5,35 % azdır. Sentybarın 21-nə və 22-nə olan sifariş həcmi ilə müqayisədə 6,32 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.