TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 03 iyun, 2024
- 06:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 3-də qaz tədarükü üçün 366 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə eynidir.
Kipoi çıxış nöqtəsindən iyunun 4-dən 9-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin mayın 28-nə, iyunun 1-i və 2-nə olan sifariş həcmi ilə müqayisədə 9,7 % azdır. Mayın 29-dən 31-dək olan sifariş həcmləri ilə müqayisədə isə 9,68 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 3-dən 9-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 3-də qaz tədarükü üçün 45 milyon 333 min 986 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 49,4 % çoxdur.
Nea Mesimvria çıxış nöqtəsindən iyunun 4-dən 9-dək qaz tədarükü üçün hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib. Bu, mayın 28-nə olan sifariş həcmi ilə müqayisədə 17,8 %, mayın 29-u ilə müqayisədə 33,8 %, mayın 30-na olan sifariş həcmi ilə müqayisədə 32,3 %, mayın 31-nə olan sifariş həcmi ilə müqayisədə isə 28,8 % azdır. Ötən həftənin, yəni iyunun 1-i və 2-nə olan sifariş həcmi ilə müqayisədə isə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 3-də qaz tədarükü üçün 305 milyon 012 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,17 % azdır.
İyunun 4-dən 9-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin mayın 28-ə olan sifariş həcmi ilə müqayisədə 13,2 %, mayın 31-nə olan sifariş həcmləri ilə müqayisədə 11,6 % azdır.
Mayın 29-u, 30-u və iyunun 1- və 2-nə olan sifariş həcmləri ilə müqayisədə 10,8 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.