TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 19 may, 2025
  • 09:45
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 19-da 334 milyon 901 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,83 % azdır.

Kipoi çıxış nöqtəsindən mayın 20-dan 25-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, mayın 13-də olan sifariş göstəriciləri ilə müqayisədə 0,7 %, mayın 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 1,67 % azdır.

Bundan başqa, bu çıxış nöqtəsindən mayın 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,35 %, mayın 16-da olan sifariş göstəriciləri ilə müqayisədə isə 1,74 % azdır. Mayın 17-nə və 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 1,16 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 19-dan 25-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən mayın 19-dan 25-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 19-dan 25-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, mayın 6-dan 11-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi