TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 24 fevral, 2025
  • 10:56
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən fevralın 24-dən martın 2-dək qaz tədarükü üçün 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən fevralın 24-dən martın 2-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən fevralın 24-də 43 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin sifariş həcmi ilə müqayisədə 42,8 % azdır. Fevralın 25-dən martın 2-dək bu çıxış nöqtəsindən 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, fevralın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9 % azdır, fevralın 19-na olan sifariş göstəriciləri ilə müqayisədə eynidir. Eyni zamanda, fevralın 20-nə olan sifariş göstəriciləri ilə müqayisədə 15,9 %, fevralın 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 24,2 % azdır. Fevralın 22-nə və fevralın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 30 % azdır

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün fevralın 24-dən martın 2-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcmlər fevralın 17-dən 23-dək olan sifariş həcmləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.