TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 14 iyul, 2025
  • 13:02
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 14-də 366 milyon 765 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,1 % çoxdur.

Kipoi çıxış nöqtəsindən iyulun 15-dən 21-dək 331 milyon 19 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, iyulun 8-dən 10-na qədər olan sifariş göstəriciləri ilə müqayisədə 0,89 % azdır.

İyulun 11-nə və 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 9,75 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 14-dən 21-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 14-dən 21-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 14-də 304 milyon 748 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyulun 7-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,12 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 15-dən 21-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyulun 8-dən 10-na olan sifariş göstəriciləri ilə müqayisədə eynidir, iyulun 11-dən və 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,75 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi