TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 16 sentyabr, 2024
  • 07:38
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 16-da qaz tədarükü üçün 359 milyon 985 min 291 kVt/saat həcmində sifariş alıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 2 % azdır.

Kipoi çıxış nöqtəsindən sentyabrın 17-dən 22-dək qaz tədarükü üçün 341 milyon 19 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 10-na olan sifariş həcmi ilə müqayisədə 8,4 %, sentyabrın 11-dən 14-dək olan göstəricilərə nisbətən 7,1 %, sentyabrın 15-nə olan göstəricil ilə müqayisədə isə 5,4 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 16-dan 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 17-dən 22-dək qaz tədarükü üçün 48 milyon 10 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin müvafiq göstəricisi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 16-da 299 milyon 468 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,9 % azdır.

Sentyabrın 17-dən 22-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da sentyabrın 10-na olan sifariş həcmi ilə müqayisədə 11,7 % azdır.

Bu həcmlər sentyabrın 11-dən 14-dək olan sifariş həcmləri ilə müqayisədə 10,9 %, sentyabrın 15-nə olan göstərici ilə müqayisədə 10 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.