TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 09 sentyabr, 2024
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 9-də qaz tədarükü üçün 367 milyon 269 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7,7 % azdır.
Kipoi çıxış nöqtəsindən sentyabrın 10-dan 15-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 3-dən 6-na qədər olan sifariş həcmi ilə müqayisədə eynidir. Sentyabrın 7-i və 8-nə olan göstəriciləri ilə müqayisədə isə 7,15 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 9-dan 15-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 10-dan 15-dək qaz tədarükü üçün 48 milyon 010 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsi gününün göstəricisindən 26,9 % azdır. Bu, sentyabrın 3-dən 8-dək olan göstərici ilə müqayisədə isə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 9-da 305 milyon 252 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 11,74 % çoxdur.
Sentyabrın 10-dan 15-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da sentyabrın 3-nə olan sifariş həcmi ilə müqayisədə 0,66 % azdır.
Bu həcmlər sentyabrın 4-nə və 5-nə olan sifariş həcmləri ilə müqayisədə eynidir, sentyabrın 6-na olan sifariş həcmi ilə müqayisədə 0,22 % azdır. Sentyabrın 7-nə və 8-nə olan sifariş həcmi ilə müqayisədə 10,9 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.